WiMax nədir?

WiMax – (Worldwide Interoperability for Microware Access) geniş spektrli qurğular üçün (iş stansiyaları və portativ kompüterlərdən tutmuş mobil telefonlaradək) böyük məsafələrə naqilsiz rabitəni təmin etmək məqsədilə yaradilmış telekommunikasiya texnologiyasi. IEEE 802.16 standartına əsaslanır. Şəhər mühitində tikililər, ağaclar kimi maneələr, eləcə də hava şəraitindən asılı olmayaraq WiMax verilənləri radio kanalı ilə ötürməyə imkan verir. Təsir məsafasi 50 km, verilənlərin maksimal ötürülmə sürəti isə 70 Mbit/san qədərdir. WiMax ötürücüləri provayderlər tərəfindən şəhərin müxtəlif rayonlarında quraşdırılır və onların əhatə dairəsində istifadəçilər bu texnologiyani dəstəkləyən kompüter və ya mobil telefon vasitəsilə İnternətə qoşula bilərlər. İnternetlə yanaşı, WiMax-dan yüksəkkeyfiyyətli səs və video-rabitə üçün də istifadə olunur.