Whatsapp niyə çökdü ?

Whatsapp çökdü, niyə çökdü, nə vaxt gələcək? WhatsApp problemi nədir?

Bir saata yaxındır ki, Whatsapp-da problem yaranıb. Bununla bağlı Meta biraz əvvəl açıqlama verdi. Problemin mənbəyini öyrənmək istəyənlər tez-tez "Whatsapp xarab olub, niyə işləmir, nə vaxt düzələcək,niyə mesajlar getmir ?" suallarına cavab tapmağa çalışır.

Whatsapp xidmətlərində qlobal fasilə var və ölkəmizdə ki, istifadəçilər də qismən bundan təsirlənir. Bunun çətin olduğunu bilirik və WhatsApp-ı hamı üçün əlçatan etməyə çalışırıq deyə Meta şirkəti bildirib.

WhatsApp Web-də işləmir!

Bildirilib ki, WhatsApp-ın masaüstü kompüterlərdə də istifadə edilən WhatsApp Web funksiyasına daxil olmaq mümkün deyil. Digər tərəfdən Twitter-də paylaşım edən bəzi istifadəçilər bu vəziyyətin başqa ölkələrdə də yaşandığını bildiriblər.

WhatsApp-da yaşanan problemin İspaniya, Hollandiya və Hindistan kimi müxtəlif ölkələrdə də yaşandığı açıqlanıb. Keçmişdə çökən WhatsApp adətən bir neçə saat ərzində yenidən istifadəyə hazır olurdu.

WhatsApp nə vaxt yenidən işləyəcək?

Bu, şübhəsiz ki, WhatsApp-ın çöküşü ilk dəfə deyil, lakin xidmət adətən bir neçə saat ərzində bərpa olunur.

Dünyanın ən böyük mesajlaşma xidmətidir və hər hansı bir problemi həll etmək üçün çox sayda işçi heyəti var. 

WhatsApp-ın yenidən işlədiyini harada yoxlamaq olar ?

WhatsApp-ın işlək olub-olmadığını yoxlamağın ən asan yolu tətbiqə daxil olmaqdır.

Əgər işləmirsə, "yenidən cəhd edilir" deyən bir mesaj olacaq, belə ki, orada deyilsə, o, yenidən aktiv ola bilər.

Siz həmçinin DownDetector kimi saytlardanda, kəsilmə hesabatlarının sayı ilə bağlı ən son statistik məlumatlara baxabilərsiniz.

Whatsappın hazırki statusunu yoxlamaq üçün bu linkə daxil ola bilərsiniz.