WhatsApp-a foto senzura gəlir!

Məşhur mesajlaşma proqramı Whatsapp-a yeni funksiya gəlir. Beta versiyada görünən bulanıqlaşdırma aləti fotoşəkilləri göndərməzdən əvvəl senzuradan keçirməyə imkan verəcək.

WhatsApp üçün tez-tez yeniləmələr buraxan Meta, görünür, son vaxtlar masaüstü proqramına diqqət yetirir. Məşhur mesajlaşma proqramının masaüstü versiyasına fotoşəkillərin qarşı tərəfə göndərilməzdən əvvəl senzuradan keçməsinə imkan verəcək yeni alət əlavə edilib.

WABetaInfo portalının məlumatına görə, “WhatsApp Desktop”un 2.2241.2 beta versiyasına fotoları bulanıqlaşdırmaq funksiyası daxil edilib. Alət istifadəçilərə fotoşəkili göndərməzdən əvvəl onun istədiyiniz hissələrini tutmağa imkan verəcək.

İki bulanıqlıq effekti var;

Skrinşotlara əsasən, WhatsApp fotoşəkillərdə bəzi detalları gizlədən iki bulanıq effekt təqdim edəcək. Onlardan biri daha piksellidir. Siz həmçinin bulanıqlıq ölçüsünü seçə biləcəksiniz ki, effekti dəqiqliklə tətbiq edə biləsiniz.

Yeni funksiyanın hələlik sınaq mərhələsindədir. Hətta proqramın ən son beta versiyasından istifadə edənlər arasında bulanıqlaşdırma alətini hələ də görməyənlər var. Bununla belə, şirkətin yaxın günlərdə bu funksiyanı daha çox istifadəçi üçün əlçatan edəcəyi gözlənilir.