Web Server nədir?

Web Server – istifadəçilərə İnternet və İntranet şəbəkələrinin xidmətlərinə və veb-səhifələrə erişməyə imkan veren kompüter. Bu funksiyanı yerinə yetirən proqram təminatına da veb-server deyilir. Veb-server informasiyanın saxlanmasını,təşkilini və ğöndərilməsini təmin edir. Veb-server brauzerdən qəbul etdiyi sorğuəsasında tapdiğı sənədin surətini istifadəçiyə göndərir. İstifadəçi kompütereri ilə veb-server arasinda verilənlərin mübadiləsi HTTP protokolu üzrə aparılır. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. İnternetdə veb-serverlərlə yanaşi,başqa növ serverlərdən də istifadə olunur: elektron poçt serverləri, FTP serverləri (fayllarla mubadilə üçün nəzərdə tutulub), İnternet-telefoniya (İP telefoniya) serverləri, İnternet vasitəsilə radio və videoyayım serverləri. Hazirda İnternet şəbəkələrində daha çox iki növ veb-server proqramından istifadə olunur: Microsoft İnternet İnformation Server (İİS) və Apache.