Web page nədir?

Web page – veb-də yerləşdirilmiş HTML-sənəd. Hər bir veb-səhifə obyektlərdən ibarətdir. Bunlar HTML-fayl, qrafik formatların birində olan görüntü, Java-aplet və başqa obyektlər ola bilər. Hər bir veb-səhifənin öz URL ünvanı olur. Adətən, veb-səhifə təməl HTML-fayldan və URL-istinadları bu faylda göstərilmiş obyektlərdən ibarət olur.