W3C (=WWWC, World Wide Web Consortrium) – World Wide Web konsorsiumu.1994-cü ildə yaradılmış bu konsorsiuma onun yaradıcısı Tim BernersLi (Tim Berners Lee) başçılıq edir.Ümumilikdə 28 ölkədən 350-dən artıq təşkilat onun üzvüdür. Onların arasında Apple, AT&T, America Online, CompuServe, Hewlett Packard, IBM, Microsoft, Netscape Communications, Sony, Xerox və başqa şirkətlər də var. Konsorsiumun vəzifəsi Veb-in funksionallığını yüksəldən vahid standartların (HTML,XML və s.kimi) yaradılmasi və onların yayılmasıdır.