VLAN nədir?

VLAN (Virtual LAN) – birbiriylə kanal səviyyəsində birbaşa qarşılıqlı əlaqədə olmaq imkanında olan, ancaq fiziki olaraq fərqli şəbəkə kommutatorlarina qoşulmuş ola bilən qurğular qruppu. Eləcə də, əksinə, müxtəlif VLAN-larda yerləşən qurğular hətta bir kommutatora qoşulsa da, kanal səviyyəsinində bir-birini görmür və bu qurğular arasinda əlaqə yalniz şəbəkə və daha yüksək səviyyələrdə mümkündür. Müasir şəbəkələrdə VLAN şəbəkənin fiziki topologiyasindan asılı olmayan məntiqi topologiyasını yaratmaq üçün başlıca mexanizmdir. VLAN-lar həm şəbəkə trafikini azaltmaq, həm də təhlükəsizlik baxımından çox faydalıdır.