Visual J# nədir?

Visual J# – Java dilinə çox bənzəyən proqramlaşdırma dili. Microsoft şirkəti tərəfindən .NET Framework platforması üçün yaradılıb. Xüsusi qeyd etmək lazimdir ki, Visual J# mühitinin dili Java dili deyil,o yalnız Javaya bənzər sintaksisi və mnemonikanı təmin edir; J#(J Sharp) adi da məhz bunu nəzərə çarpdırır. Visual J# dili Visual Studio 2005 tərəfidən dəstəklənirdi, ancaq o, Visual Studio 2008 paketinə daxil edilməyib.