Uşaqların kodlaşdırma öyrənməsi üçün 3 veb sayt

Texnologiyanın getdikcə inkişaf etməsi və həyatımızın dəyişilməz parçasına çevrilməsi artıq heç kim üçün sirr deyil. Bu inkişafdan uşaqlarımızda geridə qalmırlar. Məqsəd oyun olsa da :)

Əslində uşaqları texnologiyadan uzaqlaşdırmağa çalışmaqdansa(onsuzda bunda çox da uğurlu ola bilməyəcəksiniz), onlar üçün faydalı və eylənərək öyrənə bildikləri platformaları onlar üçün əl çatar etməniz daha faydalı olacaqdır.

Uşaq yaşda proqramlaşdırma dilini öyrənərək texnologiya dünyasına adım ata biləcəkləri platformalardan ən bəyəndiyim 3 dənəsini sizinlə bölüşürəm.

1. Code.org

2013 -cü ildə Code.org, əkiz qardaşlar Hadi və Ali Partovi tərəfindən kompüter elmini təbliğ edən bir video ilə başladı.

2.Scratch

Scratch, ABŞ-da MIT tərəfindən hazırlanmış, 8-16 yaş arası uşaqların istifadəsi üçün nəzərdə tutulmuş və çox sadə bir interfeysə malik bir proqramlaşdırma dilidir. İstifadəçi, ənənəvi proqramlaşdırma dillərindən fərqli olaraq, istədiyiniz funksiyaları siçan ilə tıklayıb sürükləyərək animasiyalar, oyunlar və hekayələr yarada bilər.

3.CodeCombat

Uşaqlara ən maraqlı şəkildə kod yazmağı öyrədir. Heç bir təcrübəsi olmayan uşaqların kod öyrənməsini məqsədləmiş oyundur. Kod yazaraq oyun oynamaq maraqlı səslənir :)