SVG nədir? 

Bu gün daha çox illüstrasiya və photoshop proqramlarında istifadə edilən SVG fayl formatı həm veb dizaynerlər, həm də qrafik dizaynerlər tərəfindən ən çox seçilən şəkil fayl formatlarından biridir. Bir çox brauzerlər tərəfindən dəstəklənən bu formatın təfərrüatlarına nəzər salaq.

SVG, Scalable Vector Graphics deməkdir. Azərbaycan dilinə Miqyaslanabilən(Ölçülən bilən) Vektor Qrafikləri kimi tərcümə edilə bilər. SVG, bir çox dizayner tərəfindən üstünlük verilən XML əsaslı vektor qrafikası formatıdır. Vektorun ən mühüm xüsusiyyətlərindən biri onun Miqyaslanabilən(Ölçüləndirilə bilən) olmağıdır. Beləliklə, vektor hansı ölçüdə olursa olsun, heç bir detalın keyfiyyəti itmir. Nümunə olaraq, içində canavar və pələng simvolları olan vektor faylını götürək. Bu vektor faylını bina ölçüsünə qədər böyütsək belə, onun keyfiyyəti pisləşməyəcək.

XML-əsaslı olması və riyazi terminlərə əsaslanması SVG-ni bu gün qrafik dizaynerlər tərəfindən çox istifadə edilən vektor qrafik növü edir. SVG hazırda Google Chrome, Opera, Mozilla Firefox, Safari kimi bütün müasir axtarış sistemləri tərəfindən dəstəklənir.

SVG formatının məntiqi məhz budur. Veb saytımızda bir SVG faylından istifadə etmək istəsək, ölçüsündə heç bir pisləşmə olmayacaq.

SVG-nin üstünlükləri

1. Kiçik fayl ölçüləri

2. Müxtəlif rəng seçimlərinin olması

3. Illustrator və ya Photoshop proqramları vasitəsilə çəkdiyimiz faylı saxlayarkən onu SVG formatında saxlaya bilərik.

4. Yaradılma prosesində kod dəstəyi kimi imkanlar təqdim edir.

5. SVG faylının ölçüsü istənilən ölçüdə dəyişdirilə bilər. Məsələn; 100x və ya 500x-ə qədər faylınızı miqyaslandırdığınız zaman keyfiyyəti pisləşməyəcək

6. Faylda göstərilən xüsusiyyətlər animasiyaya çevrilə bilər.

7. SVG faylı istənilən mətn redaktoru proqramının köməyi ilə yaradıla bilər.

8. SVG faylı W3C standartı olduğundan HTML, JavaScript, CSS və DOM kimi texnologiyalar və açıq standart dillərlə istifadə oluna bilər.

9. İnternetdə və ya müxtəlif rəqəmsal mediada müxtəlif qrafikləri baxmaq üçün, SVG faylından asanlıqla istifadə edə bilərsiniz.

10. Kod dəstəyi mövcuddur.

SVG faylı necə açılır?

SVG fayl formatını açmaq üçün bir çox üsul var. Siz SVG faylını proqramlar, brauzerlər və mətn redaktorları ilə aça bilərsiniz. SVG fayllarını açmağ üçün ən çox istifadə edilən yollarından biri Adobe proqramlarından istifadə etməkdir. Adobe Illustrator proqramları ilə praktiki olaraq hazırladığınız SVG fayllarını Adobe Animate, Adobe Photoshop və Indesign proqramlarında istifadə edə bilərsiniz. SVG fayllarını işə salmaq üçün seçə biləcəyiniz başqa bir proqram Google Chrome-dur. Bununla belə, Inkscape, CorelDraw Graphics Suite, CADSoftTools ABViewer kimi proqramlarla da SVG fayllarını asanlıqla aça bilərsiniz.

XML əsaslı olan SVG faylları mətn redaktorlarında istifadə edilə bilər. Mətn redaktorları SVG faylları yaratmaq və ya redaktə etmək üçün istifadə edə biləcəyimiz proqramlardır. SVG əslində mətn faylı olduğundan onu istənilən mətn redaktorunda baxa bilərsiniz. Bunun üçün Notepad və ya kompüterinizdəki not dəftərindən istifadə edə bilərsiniz.

SVG faylını necə çevirmək olar?

PNG, JPG və GIF kimi fayl formatları ən çox yayılmış şəkil fayl formatları arasındadır. Yaratdığımız və ya əvvəllər yaratdığımız SVG faylını qeyd etdiyimiz formatlara çevirmək üçün onlayn alətlərdən istifadə edə bilərsiniz. Convertio, CloudConvert, Zamzar və ya Autotracer.org saytlarından istifadə etməklə SVG faylını başqa formatlara çevirə bilərsiniz.