Proqramlaşdırmada qraf nədir?

Öz aralarında ixtiyari qaydada birləşmiş tillər vasitəsilə müəyyən  sayda təpədən ibarət olan verilənlər strukturu qraf adlanır. Qrafin istənilən iki təpəsi tillə birləşdirilə və ya birləşdirilməyə bilər. Qrafın bütün təpələrinin birləşməsi vacib deyil, ancaq qrafın istənilən iki təpəsi arasında “yol” varsa, onda belə qraf rabitəli adlanır. Qrafin təpələrinin və tillərinin hər hansı altçoxluğuna altqraf deyilir. Bütün tilləri istiqamətlənmiş olan qrafa oriyentasiyalı (istiqamətlənmiş) və ya orqraf deyilir. Əgər qrafın heç bir tilində oriyentasiya yoxdursa, belə qrafa qeyri-oriyentasiyalı qraf deyilir. Bəzi tilləri oriyentasiyalı, bəziləri oriyentasiyasız olan qraflara isə qarışıq qraf deyilir.

Bu yazını sosial şəbəkəniz də dostlarınızla paylaşa bilərsiniz!

Oxşar Texniki Terminlər