Proqramçılar üçün 5 ən yaxşı icma

Məlumat və mənbələrin bolluğu ilə bəzən işləri bir az çaşdırıcı hala gəlir.Əlavə olaraq, sosial media və saytların, eləcə də onlayn icmaların yaradılması həyatımızı daha az cansıxıcı hala gətirdi.Bunlarla dünyanın hər bir tərəfindən, mütəxəssislərdən tutmuş adı insanlara qədər hər kəsdən məlumat və kömək ala bilərik, onları internetdə (onlayn) tapa bilərik.

Bütün proqramistlərə və tərtibatçılara verilən nemət barmaqlarının ucunda olan onlayn icmalardır. Bu etibarlı onlayn icmalarda ehtiyacı olan insanlara kömək edə biləcək faydalı məlumatlar toplanmışdır. Aşağıda, proqramistlər və tərtibatçılar üçün 5 ən yaxşı onlayn icma verilmişdir.

 1.Stack Overflow

Stack Overflow Joel Spolsky və Jeff Atwood tərəfindən yaradılmışdır və 2008-ci il 15 sentyabrda istifadəyə verilmişdir. Stack Overflow, kompüter proqramlaşdırmasında geniş mövzularda suallar və cavablar təqdim edir.

Veb sayt istifadəçilərə üzvlük və aktiv iştirak yolu ilə sual və cavab vermək, suallara və cavablara səs vermək və sual və cavabları wiki və ya Digg-ə bənzər bir şəkildə redaktə etmək üçün bir platforma olaraq xidmət edir. 2014-cü ilin aprel ayına olan məlumata görə, Stack Overflow-da 4 milyondan çox qeydiyyatdan keçmiş istifadəçi var və 2015-ci il avqustun sonlarında 10 milyon sualı keçib.

StackOverflow, kompüter elmində üzləşdiyiniz gündəlik problemlərlə bağlı sual vermək və ya axtarış etmək üçün ideal bir yerdir. İnternetdə proqramlaşdırmanı öyrənmək üçün ən yaxşı veb saytlarımızın siyahısını yoxlayın.

3.Reddit

Reddit Amerikanın, sosial xəbərlər toplusu, veb məzmun reytinqi və müzakirə veb saytıdır. Qeydiyyatdan keçmiş üzvlər linklər, mətn yazıları və şəkillər kimi məzmunuları sayta təqdim edirlər və bunlar digər üzvlər tərəfindən qiymətləndirilir.Paylaşımlar mövzu, xəbərlər, elmlər, filmlər, video oyunlar, musiqi, kitablar, fitness, qida və şəkil mübadiləsi də daxil olmaqla müxtəlif mövzuları əhatə edən “subreddits” kimi platformalarda qeyd olunur. Reddit, Steve Huffman və Alexis Ohanian tərəfindən 23 iyun 2005-ci ildə qurulmuşdur.

2018-ci ilin fevral ayına olan məlumata görə, Reddit-in 542 milyon aylıq ziyarətçisi var (234 milyon unikal istifadəçi), ən çox ziyarət edilən veb saytalar arasında ABŞ-da 4-cü və dünyada 6-cı yerdədir.

Proqramistlər üçün proqramlaşdırma, inkişaf, proqram mühəndisliyi, proqramlaşdırma dilləri və IT şirkətləri ilə əlaqəli köməkçi reditt-lərdə var.

3.  Hacker news

Hacker news 2005-ci ilin martınad Paul Graham, Jessica Livingston, Robert Morris və Trevor Blackwell tərəfindən yaradılmışdır. Kompüter elmləri və sahibkarlıq mövzularına yönəlmiş bir sosial xəbər saytıdır. Bu Paul Graham’ın investisiya fondu və startup incubator Y. Combinator tərəfindən idarə olunur.

Reditt-ə çox bənzərdir amma istifadəçilərin dərhal aşağı və ya yuxarı səviyyəli səs verə biləcəyi Redittdən fərqli olaraq, Hacker News istifadəçilərə 501 “karma” xalları toplamadıqca aşağı səviyyə səsverməyə icazə vermir.Karma xalları istifadəçilərin aşağı və yuxarı səviyyəli səs vermələrinə əsasən hesablanır. 30 karma xalına kimi isə bir istifadəçiyə ”Flagging” rəylərindən istifadə etməyə icazə verilir.

4.  Quora

Quora 2009-cu ilin iyununda Adam D’Angelo və Charlie Cheever tərəfindən yaradıldı və 2010-cu ilin iyununda istifadəyə verildi. Quora istifadəçilər icması tərəfindən sualların verildiyi, cavablandırıldığı, düzəldildiyi və təşkil etdiyi bir sual-cavab saytıdır. İstifadəçilər sualları redaktə etmək və digər istifadəçilər tərəfindən verilən cavablara düzəlişlər təklif etməklə əməkdaşlıq edə bilərlər.

 5. GitHub

GitHub (əslən Logical Awesome LLC olaraq tanınır) veb əsaslı bir hosting xidmətidir. Git, kompüter sənədlərindəki dəyişiklikləri izləmək və bu fayllardakı işləri bir çox insanlar arasında əlaqələndirmək üçün istifadə olunan bir versiya nəzarət sistemidir. Əsasən kompüter kodu üçün istifadə olunur. Git’in paylanmış versiyasına nəzarət və mənbə kodu idarəetmə (SCM) funksiyalarını təklif etməklə bərabər, həm də öz xüsusiyyətlərini əlavə edir. Bu səhvləri izləmə, xüsusiyyət sorğuları, tapşırıqların idarə edilməsi və hər bir layihə üçün wikis kimi bir sıra əməkdaşlıq xüsusiyyətləri təmin edir.

GitHup 2008-ci ilin 8 fevralında Tom Preston-Werner, Chris Wanstrath and PJ Hyett tərəfindən yaradılmışdır.

GitHup açıq mənbəli proqram layihələrini saxlamaq üçün xüsusi depolar və pulsuz hesablar üçün planlar təklif edir.Bu dunyanın en geniş açıq mənbəli icmasıdır. GitHub-da milyonlarla açıq mənbə layihəsi var.Siz bunlardan birinə qoşula və ya özünuz yeni birinə başlada bilərsiniz.

Nəticə

Bunlar proqramçılar və tərtibatçılar(developer) üçün ən yaxşı icmalardır. Bu icmalar mutəxəssislərin yanı sıra bu sahədə yeni başlayanlara da müxtəlif məsləhətlər verməkdə və bir çox insanlarla elaqə qurmaqda köməklik etmişdir.Şübhəsiz ki,başqalarına kömək etmək və paylaşmaq, eyni zamanda bütün dünyada eyni maraqlara sahib olan dostlar qazanmaq onlayn cəmiyyətdə baş verə biləcək ən yaxşı işlərdən biridir.

Bu yazını sosial şəbəkəniz də dostlarınızla paylaşa bilərsiniz!

Oxşar Məqəlalər