Octothorpe nədir?

Octothorpe – ” # ” simvolu, diyez isarəsi, ədəd işarəsi; kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur:

  • UNIX – mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT(2)) səlahiyyətinin olmasını göstərir;
  • UNIX – proqramlarının bir çoxunun konfiqurasiya fayllarında , Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur;
  • HTML – fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin adından qabaqda qoyulur;
  • simmetrik olduğundan birenli sriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur;
  • C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir;
  • Pascal dilində simvollarin ASCII kodlarını göstərmək üçün istifadə olunur;
  • printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur;
  • Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin “ikiqat dəqiqlikli sürüşkən nöqtəli” olmasını göstərir;
  • Visual Basic proqramlaşdırma dilində “tarix” verilənlər tipini göstərmək üçün (məsələn: #2/27/06#) istifadə olunur.