Oberon – ümumi təyinatlı, obyekt-yönlü proqramlaşdırma dili. 1986-cı ildə N.Virt (Niklaus Wirth) tərəfindən işlənib hazırlanıb. Oberon dili ALGOL-bənzər dillərin Virt ailəsinin (Wirthian family) ən son üzvüdür (EULER, ALGOL-W, PASCAL, MODULA VƏ MODULA-2). Bu dildə Modula-2 dilində olan konstruksiyaların bir hissəsi yoxdur. İşlənib hazırlanmasının başlıca məqsədi eyni zamanda bir neçə üsulla reallaşdırılmış mənaca yaxın vəziyyətləri uzaqlaşdırmaqla dilin sadələşdirilməsi olub. Oberon dilinin inkişafı nəticəsində Oberon-2 dili yaranıb. Proqramlaşdırma dili ilə yanaşı, Oberon adlı əməliyyat sistemi də vardır.