Necə yaxşı bir Proqramist olmaq olar?

 Necə yaxşı proqramist ola bilərəm, bunun üçün nə etməliyəm, proqramist olmaq üçün hansı yolları yoxlamalıyam. Sizə bu məqaləmizdə o yollardan bəhs etməyə çalışacıq. Yaxşı Proqramist lüğətdə izahını tapa biləcəyimiz bir söz deyil. Yaxşı proqramlaşdırma bacarıqları uğur qazanmaq və proqramlaşdırmanın əyləncəli tərəflərini aşkar etmək üçün vacibdir. Keçmişdə bir çox uğurlu proqramçılarında etdiyi kimi, proqramlaşdırma sahəsində uğurlu bir karyera qurmaq istəyirsənizsə izləməli olduğunuz bəzi məqamlar var. Bu məqaləmizdə o dediyimiz əsas məqmaları sizlərlə paylaşmağa çalışaçıq.

Necə yaxşı bir Proqramist olmaq olar? gəlin başlayaq.

  • Əsas anlayışlarla işləmək

Hər hansı bir sahə və ya hər hansı bir iş üçün  konseptual anlayış müvəffəqiyyətin açarıdır. Güclü konseptual bir təməl olmasa, heç vaxt yaxşı bir proqramçı ola bilməzsiniz. Təməl konseptual anlayış ən yaxşı həlləri ən yaxşı şəkildə tərtib etməyinizə və həyata keçirməyinizə kömək edir. Hələ də kompüter elminə və proqramlaşdırma dilinə aid anlayışlarınızda bir boşluq hiss edirsinizsə, geri qayıtmaq və əsasları nəzərdən keçirmək üçün heç vaxt gec deyil.

  • Başqalarına kömək etməklə daha çox şey öyrənəcəksiniz

Düzün deyək bir çoxumuz sadəcə özümüzə kömək lazım olduqda başımızı forumlara və ya qruplara yönəltməyə meyilliyik.  Ancaq bir komanda daxilində başqalarına problemlərini həll etməkdə kömək etsəniz bu sizə çox yararlı olacaq. İnanın, başqalarının problemlərini başa düşmək, araşdırmaq və həll yolları tapmaq sizə daha çox köməklik edəcəkdir.

  • Sadə, başa düşülən, məntiqli kod yazın

Həyatın demək olar ki, hər sahəsində olduğu kimi, ‘Sadə və qısa saxlayın’ düsturu proqramlaşdırmada da işləyir. Ona görədə kod yazarkən mürəkkəbliyə çox yol verməyin, daha çox məntiqli kod yazın. Bəzən proqramistlər bacarıqlarını sübut etmək üçün mürəkkəb kodlar yazırlar. Ancaq təcrübələr sadə, amma məntiqli kodların yaxşı işlədiyini, daha az problemlərə səbəb olduğunu və hər zaman inkişaf etdirilə biləcəyini deyir.

  • Problemi analiz etməyə daha çox vaxt ayırın, onu həll etmək üçün daha az vaxta ehtiyacınız olacaq

Problemi anlamaq üçün nə qədər çox vaxt sərf etsəniz, onu həll etməyə o qədər az vaxt sərf edəcəksiniz. Ona görədə Problemi başa düşməyə, təhlil etməyə və bunun həll yollarını hazırlamağa daha çox vaxt sərf edin. Geri qalan şeyləri daha asanlıqla edə bilərsiniz.

  • Kodunuzu təhlil edən və nəzərdən keçirən ilk siz olun

Bir az çətin olsa da, başqalarından əvvəl öz kodunuzu özünüz təhlil etməyə çalışın, səhvlərinizi özünüz təyin eləməyə çalışın belə etdikdə zamanla səhvsiz kod yazmağı öyrənəcəksiniz. Kodunuz barədə başqalarının fikir bildirməyindən çəkinməyin. Yaxşı proqramçılarla işləmək və onlardan rəylər (geribildirimlər) almaq, şübhəsiz ki, yaxşı proqramçı olmağınıza kömək edəcəkdir.

  • Dəyişən texnologiya dünyasına baxaraq özünüzü qorxutmayın

IT dünyası bu vaxt ərzində işlərindən məyus olan və hətta yeni texnologiyaları öyrənmək və işləmək üçün yeni işlər axtarmaq məqsədilə işdən çıxan insanlarla doludu. Bu insanlarda bağlı hər hansı bir problem görmürəm, amma ilk yanlış söz ‘ən yeni texnologiyalar’ dır. Hər gün proqramlaşdırmada eşitdiyimiz  API-lər, frameworkl-ər və digərləri proqramlaşdırmanının daha asan və sürətli hala gətirilməsi üçün hər gün dəyişməsinə gətirib çıxarır.

Bu normal bir şeydi və texnologiya dünyasında davam edəcək. Bəlkədə gələcəkdə bizim yerimizə kodları süni intellekt proqramları yazacaq, proqramistlərə heç ehtiyac olmayacaq :). Ancaq burda başa düşülməli olan əsas məsələ, əsas və təməl texnologiyaların, ətrafındakı framework-lərdən, alətlərdən və API-lərdən daha yavaş dəyişməsidir.

Bu, səthində suyun daha sürətlə hərəkət etdiyi lakin daha dərinində isə nisbətən sakit olan və sudakı yaşamın çox hissəsinində burda həyatda qaldığı okean kimidir. Beləliklə, özünüzü o dərin suda hiss edin və əsas və təməl texnologiyalara yaxın olun. O zaman hər şey sizə rahat olacaq. Məsələn, Java proqramlaşdırma dünyasında çox sayda veb framework mövcuddur və hər həftə daha yeniləri əlavə olunur. Ancaq müştəri-server rabitəsinə əsaslanan əsas anlayışlar, MVS modeli, filtrlər / server tətbiqləri(servlet) / JSP,  XML təhlil etmə və s. kimi əsas anlayışlar eyni qalır. Buna görə daima dəyişən framework və ətrafdakı vasitələr barəsində narahat olmaqdansa, bu əsas anlayışları öyrənməyə daha çox vaxt sərf edin. İnanın, təməl əsas anlayışları yaxşı bilsəz, hər zaman yeni framework-lər, alətlər və API-ləri öyrənmək daha da asanlaşacaqdır.

  • Məqalələr oxuyun

Yaxşı proqramçının vacib vərdişlərindən biri çox məqalə oxumasıdır.Bunlar JSR, API, yeni texnologiyalara aid məqalələr, dərs vəsaitləri və s. ola bilər. Məqalələri oxumaq sizə ən yaxşı şəkildə formalaşdıracaq və öyrənəcəyiniz proqramlaşdırma dili vəya ya texnologiya haqqında fikir verəcək və sizə əsas təməlləri yaratmağda kömək edəcək.

  • Başqalarının da kodundan öyrənin

Öyrənəcəyiniz dil üzrə sizdən daha təcrübəli olan proqramçılarla ünsiyyət qurun və onların məqalələri varsa oxuyun, yazdıqları kodlara baxın, öz kodunuza əlavə edib yoxlayın çəkinməyin, istinad edin. Bunu yalnız əsasları bilmək üçün deyil, həm də yaxşı proqram yazmağın yollarını öyrənmək üçün də edin. Etibarlı və bilinən açıq mənbə kodunu və ya başqalarının kodunu oxumaq və istinad etmək, proqramınızı daha da yaxşılaşdırmağa kömək edə bilər.

Özünüzü başqaları ilə müqayisə etməyiniz yalnız mənfi hisslərin və sağlam olmayan rəqabətin təkamülü ilə nəticələnəcəkdir.Hər kəsin güclü və zəif yönləri var. Özümüzü anlamağımız və üzərində işləməyimiz daha vacibdir. Səhv etməkdən qorxmayın, inanın ki, bu sektorda dəfələrlə güclü proqramçıların axmaq səhvlərə yol verdiklərini görmüşəm. Beləliklə, özünüzü təhlil edin, inkişaf sahələrinizi sadalayın və üzərində işləyin. Proqramlaşdırma həqiqətən əyləncəlidir, zövq alın.