Əyyub Hacıyev
Müəllif

Əyyub Hacıyev

2011-2012 – ci illərdə ölkədə olmadığım üçün və bir o qədər də dostum olmadığından ən yaxın dostum kompüter olmağa başladı. Bu dövrlərdə zamanımın da həddindən artıq çox olması mənə daha maraqlı gələn proqramlaşdırmanı araşdırmağa və daha yaxından tanımağa köməklik göstərdi.

2014-ci ildə ölkəyə qayıtdım və Azərbaycan Universitetinin “Kompüter Elmləri” ixtisasına qəbul oldum.

Həmin ildən başlayaraq müxtəlif yerlərdə çalışdım, həmin şirkətlər adına müxtəlif layihələrdə iştirak etdim.

Amma ən əsası mənə ən gözəl dövrləri, ən gözəl dostluqları qazandıran start up layihələrdə iştirak etdim.

Bütün layihələri batırdım :)

2017 – ci il sonlarına yaxın Yup Technology şirkətini qurduqdan sonra həyatımda yeni bir dövr başladı. Yeni insanlar, dostluqlar qazandım.

Dəstək olduğu qədər, mane olmağa çalışanlar da az olmadı :)

Hər zaman mənfi rəylərin olması məni daha da gücləndirdi və bütün bu mənfi hadisələrə baxmayaraq 2019-cu ildə Yup Technology-nin İstanbul filialının açılışını etdim.

Və bunlardan ən əsası çox gözəl bir ailəm və dünyalar gözəli Hümeyra adlı bir qızım və Murad adlı bir oğlum var :)