MMS ( Multimedia Messaging Service – multimedia mesaj xidməti ) – şanvarı rabitə şəbəkələrində multimedia məlumatlarının ( görüntülərin , melodiyaların , videomaterialların ) ötürülməsi sistemi. EMS xidmətinin inkişaf etdirilmiş variantıdır. Məlumatları təkcə mobil telefona deyil, həm də elektron poçta göndərməyə imkan verir. MMS məlumatının ölçüsü 999 kilobaytadək ola bilər ( MMS 2.0 standartı ). Mobil rabitə operatoru göndərilən məlumatın ölçüsünə öz məhdudiyyətini qoya bilər.

Bəzi mobil telefonlarda MMS – in ölçüsü 100 kilobaytdan artıq ola bilməz. Bu məlumatda fotoqrafiya və ya sürəkliliyi təxminən 10 saniyə olan 3GP formatlı video yerləşdirmək olar , yaxud da müxtəlif formatlı ( MIDI , MP3 , MMF – Synthetic Music Mobile Application Format ) kiçik melodiyalar və ya diktofon yazıları göndərmək olar.

MMS məlumatı iki hissədən ibarətdir. Məlumatın özü telefon operatorunun xüsusi WAP – serverində saxlanır. İkinci hissə – xüsusi SMS məlumatı isə alan şəxsin telefonuna göndərilir . Əgər alanın telefonu MMS – i dəstəkləyirsə , onda ekrana , adətən , gələn MMS – məlumat haqqında bildiriş və əsas hissəni endirmək təklifi çıxır. Əgər telefon MMS – i dəstəkləmirsə , onda , adətən , əsas hissəyə WAP – istinadı olan adi SMS məlumatı gəlir.

Bu yazını sosial şəbəkəniz də dostlarınızla paylaşa bilərsiniz!

Oxşar Texniki Terminlər