Hacker, Cracker və Scammer arasındakı fərq nədir?

Bu məqalədə hacker, cracker və scammer arasındakı fərqlərə nəzər salacağıq.

Hacker(Haker), Cracker və Scammer(fırıldaqçı) bunlar texnologiya sahəsindəki 3 ən qorxulu termindir. Yəqin ki, siz bunlardan birinin və ya hamısının qurbanı olmusunuz. Bəs bu terminlər həqiqətən nə deməkdir? Bunlar göründükləri qədər təhlükəlidirlərmi? Və onlar arasındakı fərq nədir?

Hacker kimdir?

Hacker, kompüter sistemindəki çatışmazlıqları (qüsurları) müəyyən etmək üçün xüsusi bacarıqlardan istifadə edən və onları inkişaf etdirməyə çalışan biridir. Bu bacarıqlar şəbəkə bacarıqları, kompüter təhlükəsizliyi bacarıqları və ya hətta sistem təchizatı bacarıqları ola bilər.

Haker sistemdəki təhlükəsizlik qüsurlarını aşkar edərsə, icazəsiz girmə hallarının qarşısını almaq üçün onları həll etməyə çalışacaqdır. Hakerləri pozitiv baxımdan xarakterizə etsək də, bu həmişə belə olmur. Çünki hakerlər müxtəlif qruplara bölünürlər. İki  qrup haker var: white hat (ağ papaqlı) və black hat (qara papaqlı).

white hat hackerlər işlərini qanun çərçivələri daxilində yerinə yetirən hakerlərdir. Onlar əsl hakerliyin nümayəndələridirlər. Onlar öz bacarıqlarını qeyri-qanuni olaraq hər hansı bir sistemə daxil olmaq üçün istifadə etmirlər. Bunun əvəzinə, sadəcə təşkilatın tələb etdiyi kimi edirlər.

Hakerlər peşəkardırlar və onlar adətən təşkilatlar tərəfindən təhlükəsizlik sistemlərini sınaqdan keçirmək üçün işə götürülürlər. Sistem və ya şəbəkədəki zəif nöqtələri vurğulayır və müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini tövsiyə edirlər.

Hakerin Məqsədləri

Hakerlər, crackerlər, və scammerlər öz məqsədlərinə görə fərqləndirilə bilərlər. Hakerlər əsasən kompüter sistemlərinin və şəbəkələrinin necə işlədiyini öyrənməklə maraqlanırlar. Bir sistemə girmək üçün lazım olan bütün lazımi vasitələrlə tanışdırırlar.

Haker, həmçinin crackerin pis məqsədli fəaliyyətlər etmək üçün sistemə girərkən istifadə edəcəyi üsullardanda xəbərdardır.Onlar crackerlərin fəaliyyətinin qarşısını almaq üçün müxtəlif tədbirlər hazırlayırlar. Hakerin əsas məqsədi bir sistemi daha etibarlı hala gətirərək inkişaf etdirməkdir.Onlar əsasən ethical hacking (etik hackləmə)  kimi bilinən işlər görürlər.

Cracker kimdir?

Crackerlər və hackerlər demək olar ki, eyni şəxs deməkdir. Ancaq onların işlərini yerinə yetirmə üsulları arasında fərqlər var. Hakerlər qanun çərçivəsində hərəkət etdiyi halda, crackerlər mövcud qanunları pozmağa can atırlar. Onlar bilik və bacarıqlarını  kompüter sisteminin və şəbəkənin təhlükəsizliyini pozmaq üçün istifadə edirlər.

Crackerlər, insanların və ya təşkilatların şəxsi məlumatlarına giriş əldə edir və müəyyən dərəcədə onlara zərər verirlər. Crakerlər müxtəlif cür zərərlər verə bilər. Bunlardan ən çox yayılanlara kredit kartı məlumatlarını oğurlamaq, şəxsi məlumatları və sata biləcəkləri digər məlumatları oğurlamaq, vacib sənədləri yox etmək və ya şifrələmək, bir çox zərərli fəaliyyətlər arasında sistemi digər insanlara əlçatmaz etmək daxildir.

Crackerlər, həmçinin black hat (qara papaq)  hackerləri kimi də tanınır.

Crackerin Məqsədləri

Crackerlər müxtəlif amillər vasitəsilə motivasiya ola bilərlər. Siyahının ilk pilləsində maliyyə qazancıdır.Onlar sistemə maliyyə məlumatlarını əldə etmək məqsədi ilə daxil ola bilərlər.Bəziləri bir təşkilat haqqında məlumatları əldə etmək üçün onların rəqibləri tərəfindən maliyyələşdirilir. Bəzi crackerlər populyarlıq qazanmaq və ya nə qədər güclü olduqlarını göstərmək üçün hərəkət edirlər.

Scammer kimdir?

Scammer(fırıldaqçı) hər hansı bir şəxsdən bir xeyir əldə etmək məqsədilə saxta tövsiyələr və sxemlərdən istifadə edən insandır. Scammer hər zaman başqası kimi davranacaq və etimadınızı qazanacaq şəkildə hərəkət edəcəkdir. Scammerlərin bir çoxu internetdən qurbanlarını bir şey etməyə inandırmaq üçün istifadə edirlər.

Əksər hallarda scammerlər xüsusi proqramlaşdırma bacarıqlarına malik deyillər. Bunun əvəzinə, onlar ağıl oyunlarından istifadə etməklərinə güvənirlər.

3-ü arasındaki fərq

Məqalədən hacker, cracker və scammer arasında olan uyğunsuzluğu asanlıqla qeyd edə bilərik. Hacker cəmiyyətə yaxşılıq etməyi hədəflədiyi halda, cracker və scammer pis niyyətlidir. Həmçinin hackerlik etik və qanuni olaraq tanınan bir peşədir. Digər tərəfdən cracker və scammer cinayət əməlləridir.

Bu yazını sosial şəbəkəniz də dostlarınızla paylaşa bilərsiniz!

Oxşar Məqəlalər