Google 392 milyon dollar cərimə olundu !

ABŞ-da dövlət prokurorları Google-u istifadəçinin konum(məkan) məlumatlarını pozduğuna görə təxminən 393 milyon dollar cərimələyib.

ABŞ-da Miçiqan Baş Prokurorluğu, dünyanın ən aktiv internet axtarış sistemi olan Google-dan istifadəçilərin konumlarını qeyri-qanuni olaraq izlədiyini əsas gətirib və araşdırma zamanı ABŞ-ın 40 ştatına 391,5 milyon dollar ödəməyi tələb edib.

Baş prokurorlar bildiriblər ki, bu razılaşma istehlakçılar üçün tarixi qələbə və ABŞ tarixində məxfiliklə bağlı ən çox əyalətin qatılmağı ilə nəticələnən böyük bir uğurdur.

Ödənişdən əlavə, Ayova (Iowa) Baş Prokurorluğu, Google-un məkan izləməsinin nə vaxt baş verdiyini istehlakçılara daha aydın şəkildə izah etdi və istifadəçilərə xüsusi veb səhifəsində məkan izləmə məlumatları haqqında daha ətraflı məlumat vermələrini tələb etdi.

Baş prokurorlar bildiriblər ki, bu həll istehlakçılar üçün tarixi qələbə və ABŞ tarixində məxfiliklə bağlı ən çox razılaşmadır.

Google-a qarşı oxşar iddia Arizona ştatı tərəfindən qaldırılmış və daha sonra 2022-ci ilin oktyabrında şirkətlə 85 milyon dollarlıq razılaşma əldə edilmişdir.