FTP nədir?

FTP-Açılışı: File Transfer Protocol(Fayl Ötürmə Protokolu)

İnternetdən film, oyun, musiqi, e-kitab kimi fayl növlərini endirmisinizsə və bu faylları paylaşmaq üçün bulud əsaslı xidmətlərdən istifadə etmisinizsə, əslində fərqində olmadan FTP (File Transfer Protocol) istifadə edirsiniz. Hostinq hesablarının idarə olunması ilə bağlı bilməli olduğunuz ən vacib terminlərdən biri FTP olacaq. Sistem fayllarının yerləşdirildiyi və idarə olunduğu bu sistemlə gəlin yaxından tanış olaq.

FTP nədir?

Üst paraqrafda dediyimiz kimi, fayl mübadiləsini təmin edən bu protokol iki kompüter arasında fayl köçürmələrini təmin edir. Veb texnologiyaları ilə maraqlanan birisinizsə, xüsusən də proqramist və ya developer olmaq iddianız varsa; FTP-ni çox yaxşı başa düşməlisiniz.

FTP bütün internet protokolları arasında ən problemli protokollardan biridir. Demək olar ki, bütün digər veb protokolları işləyərkən TCP/UDP portundan istifadə edir; FTP işləyərkən birdən çox portdan istifadə edir və dinamik portlarla işini davam etdirir.

FTP-də iki əsas port var. Bu portlar "Command Port" və "Data Port" adlanır. Command Port vasitəsilə ötürülən məlumat; qoşulmaq istədiyiniz serverin ünvanı, istifadəçi adı və parol kimi sabit məlumatlardır. Fayl ötürülməsi isə Data Portu  üzərindən baş verir (adından göründüyü kimi).