Ən sürətli internetə sahib ölkələr

Dünyada ən sürətli internetə sahib olan ölkələr açığlandı. Speedtest, 2021 -ci ilin iyul ayı üçün mobil və genişzolaqlı internet sürəti məlumatlarını açıqladı.Bəs, Azərbaycan bu sıralamada neçənci yerdədir, gəlin bərabaər öyrənək.

Dünyada ortalama mobil sürət 55,07 mb

Speedtest məlumatlarına görə, 2021 -ci ilin iyul ayında dünyada ortalama mobil  internet sürəti endirmə(download) sürəti 55.07 Mbit / s, yükləmə(upload) sürəti isə 12.35 Mbps idi. Orta gecikmə (ping) dəyəri 37 ms olaraq hesablandı.

Orta genişzolaqlı internet sürət ortalaması isə endirmə(download) 107.50 Mbps, yükləmə(upload)  58.27 Mbps olaraq paylaşıldı. Orta gecikmə (ping) dəyəri 20 ms olaraq qeyd edildi.


Ən sürətli internetə sahib olan ölkələr

Speedtest məlumatlarına görə, ortalama mobil internet yükləmə sürətində 190,03 Mbps ortalama sürət ilə Birləşmiş Ərəb Əmirlikləri birinci oldu, onu 189,20 Mbps ortalama sürət ilə Cənubi Koreya izlədi, Qatar isə 170,77 Mbps mobil internet sürəti ilə üçüncü oldu.

Ən sürətli mobil internetə sahib 10 ölkə:

  • Birləşmiş Ərəb Əmirlikləri - 190,03 Mbps
  • Cənubi Koreya - 189,20 Mbps
  • Qatar - 170,77 Mbps
  • Çin - 157,72 Mbps
  • Kipr - 154,13 Mbps
  • Norveç - 152,53 Mbps
  • Səudiyyə Ərəbistan - 151,13 Mbps
  • Küveyt - 140,16 Mbps
  • Avstraliya - 122,27 Mbps
  • Bolqarıstan - 120,44 Mbps


Speedtest -in açıqladığı genişzolaqlı internet məlumatlarına baxdığımızda, reytinq əhəmiyyətli dərəcədə dəyişir. Monako, 256.70 Mbps endirmə(download) sürəti ilə dünyanın ən sürətli genişzolaqlı internet sürətinə sahib ölkədir; Sinqapur 256.03 Mbps ilə ikinci, Hong Kong 248.59 Mbps ilə üçüncüdür.

Ən sürətli genişzolaqlı internetə sahib 10 ölkə:

  • Monako - 256,70 Mbps
  • Sinqapur - 256,03 Mbps
  • Honq Konq - 248,59 Mbps
  • Tailand - 216,16 Mbps
  • Ruminiya - 215,30 Mbps
  • İsveçrə - 214,82 Mbps
  • Cənubi Koreya - 212,83 Mbps
  • Çili - 209,45 Mbps
  • Danimarka - 208,50 Mbps
  • Lixtenşteyn - 207,44 Mbps                                                                                                         


Azərbaycan neçənci sıradadır

Açıqlanan məlumatlara görə, Azərbaycan həm mobil, həm də genişzolaqlı internet sürətində zirvədən xeyli geridə qaldı.

Mobil internet sürətinə görə Azərbaycan 37.24 Mbps ilə 66 -ci yerdə qərarlaşıb. Ölkəmizin orta mobil yükləmə(upload) sürəti 16.03 Mbps olaraq açıqlanarkən, gecikmə (ping) dəyəri 26 ms olaraq açıqlandı.

Genişzolaqlı internet sürətində də vəziyyət  yenə o qədər də ürəkaçan deyil. Azərbaycanın genişzolaqlı internet sürəti 24,08 Mbit / s səviyyəsində qalaraq 123 -ci yerdə qərarlaşıb. Ölkəmizin ortalama genişzolaqlı yükləmə(upload) sürəti 25.96 Mbps olaraq açıqlanarkən, gecikmə (ping) dəyəri 26 ms olaraq qeyd edildi.




Bu yazını sosial şəbəkəniz də dostlarınızla paylaşa bilərsiniz!

Oxşar Xəbərlər