Ən az radiasiya yayan telefonlar - 2021

Bir smartfon alarkən, kameradan ekran ölçüsünə qədər; RAM -dan tutmuş prosessoruna qədər demək olar ki, bütün texniki xüsusiyyətlərinə baxırıq ... Bəs yaydığı radiasiya baxırsınızmı? Ən çox satılan telefonların SAR dəyərləri  nə qədərdir? Ən az və ya ən çox radiasiya yayan telefonlar hansılardır, bu məqaləmizdə bu suallara cavab verəcik.

 SAR dəyəri nədir?

SAR dəyəri ilk dəfə 1996 -cı ildə Federal Communication Commission(Federal Rabitə Komissiyası) tərəfindən insanların cib telefonu radiasiyasına məruz qalması ilə bağlı xüsusi qaydalar açıqlandıqda ortaya çıxdı. Zəng edərkən bədəninizin nə qədər Radio tezlik(Radio frequency) qəbul edə biləcəyini ölçmək üçün SAR dəyərin yaratdılar.

Smartfonların SAR dəyərləri SAR (Specific Absorption Rate), yəni "Xüsusi Absorbsiya Dəyəri" deməkdir. Bu dəyər artdıqca telefonların bədənə yaydığı radiasiya miqdarı artır və böyük sağlamlıq problemləri yaradır. 

SAR dəyərinin yan təsirləri:

-Stress və yorğunluq

-Konsentrasiya və diqqətin yayınması

-Baş ağrısı

-Bədəndə istilik mübadiləsi

-Müvəqqəti eşitmə qüsuru

- Yaddaş zəifliyi

- Ürək batareyası istifadə olunarsa,Ürək batareyasının sıradan çıxma riski

Bütün dünyada SAR dəyəri üçün standartlaşdırılmış vahid limit dəyəri yoxdur. Bununla birlikdə, yeni bir smartfon alarkən, cihazın Avropa Komissiyası tərəfindən təyin edilmiş 2W/kq -dan aşağı SAR həddi olması tövsiyə olunur. Göstərilən limit dəyərini aşan telefonlar nə , nə də müvafiq bazarlarda satışa çıxarıla bilməz.

SAR dəyəri nə qədər olmalıdı?

Əksər mütəxəssislər təhlükəsiz bir SAR -ı 0.10 W/kq ilə 0.50 W/kq arasında bir yerdə hesab edirlər. Əslində, Samsung və LG kimi bir neçə istehsalçı buraxdıqları hər bir model üçün bu məhdudiyyətlərdə qalmağa çalışır. Digər tərəfdən, Huawei, Nokia və Xiaomi kimi şirkətlər, maksimum SAR həddini 1,6 W/kq olaraq, standartları üçün başlanğıc meyar hesab edir və nadir hallarda uzaqlaşırlar.

Apple, Samsung və ya Xiaomi kimi aparıcı markalardan birindən yeni bir smartfon almaq istəyəndə, satın almadan əvvəl SAR reytinqlərini yoxlamaq istəyə bilərsiniz. Bir Samsung istifadə edirsinizsə, bura klikləyin, yeri və dil parametrlərini daxil edin, sonra öyrənmək üçün telefonunuzun model nömrəsini daxil edə bilərsiniz. Xiaomi istifadə edirsinizsə bura daxil olub öyrənə bilərsiz ya da ki, bir  Apple istifadə edirsinizsə bura daxil olaraq telefonunuzun SAR dəyərlərinə baxa bilərsiniz. 

Digər markalardan istifadə edirsinizsə, Google "SAR information" və ya telefon markanızı yazaraq tapa bilərsiniz, demək olar ki, hamısının SAR dəyərini bu şəkildə tapa bilərsiniz.

İndi isə ən çoxən az SAR dəyəri olan telefonlara baxaq:

Ən Az Radiasiya Yayan Telefonlar


 

Ən Çox Radiasiya Yayan Telefonlar



  Mənbə: statista.com