Elon Musk-ın Humanoid Robotu Tesla Bot

Keçdiyimiz aylarda Elon Musk, şirkətin hazırladığı Tesla Bot adlı insana bənzər robotu təqdim etdi. Tesla Bot nə edə bilər, xüsusiyyətləri nələrdir ətraflı şəkildə xəbərimizdə.

Elon Musk, Tesla Bot humanoid robotunun  insanların nifrət etdiyi, təkrarlayan, cansıxıcı işlərəni kömək etmək üçün hazırlanacağını dedi. Məsələn, marketə getmək və ya evi təmizləmək kimi vəzifələri yerinə yetirəcək.


Süni intellekt qorxularından bəhs edən Musk, "Tesla Botların" heç bir şəkildə təhdidkar olmayacağını, insan kimi sürətli qaça bilməyəcəklərini və insandan daha güclü olmayacaqlarını vurğuladı. Hətta onlardan rahatlıqla qaça biləcəyinizi vurğuladı.

Tesla Bot-un xüsusiyyətləri 

Süni intellektə əsaslanan sistemlə işləyəcək robotun boyu 172 sm, çəkisi isə 56 kiloqram olacaq. Ən yüksək sürətinində 8 km/saat olacağı açıqlanan Tesla Botun,  68 kq yük qaldırma qabiliyyətiinin olduğu və təxminən 21 kiloqrama qədər yük daşıya biləcəyi bildirildi.


Başında Tesla avtomobillərinin ətraf mühiti müşahidə etmək üçün istifadə etdiyi avtopilot kameralarından olacaq və məlumatları göstərmək üçün bir ekrana sahib olacaq. Şirkət 2022 -ci ildə bir prototip hazırlamağı planlaşdırdığını açığladı.

Aşağıdakı videoda Tesla Bot -un ətraflı şəkildə xüsusiyyətlərini görə bilərsiniz:




Mənbə: thenextweb.com, Euronews