Computer literacy nədir?

Computer literacy(kompüter savadlılığı) – kompüterlərdən səmərəli istifadə vərdişləri də daxil olmaqla onlar haqqında biliklərin səviyyəsi. Bəzən ( və tamamilə əsassız olaraq ) kompüterlərə , dərin texniki biliklərin və ya riyaziyyat və elektronika sahəsində yüksək ixtisaslaşmanın gərək olduğu sistem kimi baxırlar . Əslində isə başqa fənlərdə olduğu kimi , hesablama texnikasında da müxtəlif səviyyəli səriştəlilik ( kompetentlik ) mümkündür . Kompüter savadlılığının ən az ixtisaslaşdırılmış səviyyəsi kompüterin işə salinması ardıcıllığı , sadə tətbiqi proqramların çalışdırılması , istifadə edilməsi və işinin başa çatdırılması , informasiyanın yadda saxlanılması və çapı kimi bacarıqların olmasını nəzərdə tutur . Daha yüksək səviyyədə kompüter savadlılığı anlayışı daha detallaşdırılmış olur ; məsələn , mürəkkəb tətbiqi proqramlarla manipulyasiya etməyi və ola bilsin, BASIC və ya C kimi dillərdə proqramlaşdırmağı bacarmaq lazımdır . Kompüter savadlılığının ən yüksək səviyyəsi elektronika , assembler dili kimi sahə lərdə xüsusi biliklərin olmasını nəzərdə tutur. Dünyada kompüter savadlılığını təsdiq edən standartlar mövcuddur ki , onların içərisində ECDL sertifikatı ( European Computer Driving Licence Avropa kompüter hüququ ) daha geniş yayılıb. Avropa və ABŞ – da standart kimi qəbul olunan ECDL sertifikati onu alanın informasiya texnologiyalarının əsas konsepsiyaları ila tanış olduğunu , fərdi kompüterdən və başlıca tətbiqi proqramlardan istifadə edə bildiyini təsdiqləyir . ECDL sertifikatlaşması istifadə olunan proqram təminatının növündən asılı deyil , yəni testləməni istər Microsoft proqram məhsulları ( Windows 98 , 2000 , XP , Vista ; Office 2000 , 2002 , 2003 , 2007 ) , istərsə də ” açıq mətnli ” OPEN SOURCE ) tətbiqi proqramları ( Linux ( Unix ) , Open / Star Office ) üzrə aparmağa imkan verir . ECDL tədris planı aşağıdakı modullardan ibarətdir : 

1 ) Informasiya texnologiyalarının əsasları 

2 ) Kompüterdə iş . Fayl sisteminin idarə olunmasının əsas əməliyyatları 

3 ) Mətnlərin emali 

4 ) Elektron cədvəllər 

5 ) Verilənlər bazalari 

6 ) Təqdimatlar 

7 ) Informasiya və kommunikasiya 

ECDL proqramı test mərkəzləri sistemi vasitəsilə reallaşdırılır. Bu mərkəzlər orta və ali məktəblərdə , tədris mərkəzlərində , kadr hazırlığı və başqa müəssisələrdə yaradıla bilər. Test mərkəzləri öz bazalarında testləmə aparmaq , beynəlxalq səviyyəli sertifikatlar və plastik kartlar vermək imkanı əldə edir. Bir çox ölkələrdə dövlət qulluğuna işə qəbul üçün ECDL sertifikatının olması məcburi tələbdir. Beynəlxalq qurumlarda da ECDL sertifikatlarına xüsusi önəm verilir.

Bu yazını sosial şəbəkəniz də dostlarınızla paylaşa bilərsiniz!

Oxşar Texniki Terminlər