Captcha nədir?

Captcha – kompüterləri və insanları bir-birindən ayırmaq (fərqləndirmək) üçün tam avtomatlaşdırılmış açıq Türinq testi; kompüter sisteminin istifadeçisinin kim- insan, yoxsa kompüter olduğunu müəyyənləşdirmək üçün istifadə olunan test. Karnegi-Mellon Universitetində 2000-ci ildə işlənıb. Testin əsas ideyası belədir: istifadəçiyə elə məsələ təklif etməli ki, onun həlli insan üçün çox sadə, kompüter üçünsə çox çətin olsun. Testin məqsədi İnternet resurslarını və onun istfadəçisini spamdan, fluddan, yaxud başqa arzuolunmaz müdaxilədən qorumaqdır.

Ən geniış yayilmış CAPTCHA variantında istifadəçi şəkildə təsvir olunmuş simvolları daxil edir (çox zaman həmin simvollar təhrif olunmuş, yaxud yarimşəffaf şəkildə olur). Ümumi qəbul olunmuş normalara görə, görmə qabiliyyəti zəif olan insanlar üçün belə CAPTCHA’ – ya nitqin taninmasına əsaslanan variant da əlavə olunmalıdır. Çətin alqoritmləşdirilən başqa məsələlər də tətbiq oluna bilər: məsələn, şəkildə nəyin olduğunu bilmək, pişik olan bütün şəkilləri qeyd etmək və s. Buna baxmayaraq standart olaraq məhz simvolların tanınması qəbul olunub, çünki o hər hansı mədəniyyətə bağlı deyil və mobil brauzerlərdə də işləyir.