CamelCase (DəvəRegistri, DəvəÜslubu) – bir neçə sözdən ibarət ifadənin hər bir sözünün baş hərflə yazılmaqla bitişik yazılış üslubu. İfadənin daxilindəki baş hərflər dəvə hürgücünü xatırlatdığından belə üslub CamelCase adını alıb. CamelCase yazılışına örnəklər : BackColor , backColor, CamelCase. CamelCase proqramlaşdırma dillərində geniş istifadə olunur :

 • Java dilində sinifləri adlandırmaq üçün UpperCamelCase , siniflərin nüsxələrini və metodları adlandırmaq üçün isə lowerCamelCase yazılışı tətbiq olunur .

• Microsoft.NET’də sinifləri və metodları adlandırmaq üçün UpperCamel Case yazılışı tətbiq olunur.

Layihənin ölçüsü çox da böyük olmadıqda proqramın kodunda CamelCase üslubundan istifadə olunması proqramçınin şəxsi zövqü ilə müəyyən olunur. Böyük layihələrdə isə , adətən , layihənin bütün iştirakçıları üçün adların ( dəyişənlərin , funksiyaların , konstantların və s . ) yaradılması qaydalarını müəyyənləşdirən xüsusi sənəd olur.

Bu yazını sosial şəbəkəniz də dostlarınızla paylaşa bilərsiniz!

Oxşar Texniki Terminlər