Black Hat, Grey Hat və White Hat hakerlər arasında fərq

Haker sözünün bir çox mənası vardır. Kompüter dünyasında ” Bir cihazı gözlənilməyən bir şəkildə işlədə bilən  biri” mənasına gəlir. Ümumiyyətlə, haker sözü İngilis dilində ən çox səhv başa düşülən sözlərdən biridir. İnsanlar ümumiyyətlə, haker sözünü eşidəndə bir növ kiber cinayətkar olduğunu düşünürlər. Əslində, hacker sözü insanların başa düşdüklərindən, bildiklərindən daha çoxunu əhatə edir. Bu məqalədə siz black hat, grey hat və white hat hakerlər arasında ki, fərqləri biləcəksiniz.

Hakerlər ümumiyyətlə üç növə bölünürlər:Black Hat, Grey Hat və White Hat Hakerlər.

Black Hats( Qara kepkalılar )

Bunlar hacker sözünü eşidəndə ağlımıza gələn növ hakerlərdəndir. Onlar Pis Adamlardır, güclərindən və zəkalarından qanunsuz yollarla pul qazanmaq üçün istifadə edirlər. Nə vaxt ki, sistemdə bir zəiflik tapırlar bundan öz mənfəətləri üçün istifadə edirlər və zəiflik barədə məlumat vermirlər. Onlar istifadəçilərin şifrələrini, e-poçtlarını və digər şəxsi məlumatlarını oğurlamağa və Dark Web-də satmağa çalışırlar.

White Hats( Ağ kepkalılar )

White Hat hakerlər yaxşı hakerlərdir, bir şəbəkəyə girirlər və ya bir proqramı hackləyirlər və sonra düzəldilməli olan səhvlər barədə müvafiq insanları xəbərdar edirlər.Daha yaxşı və daha etibarlı sistem yaratmağa çalışırlar. Hər hansı bir zəiflik barədə şirkətləri məlumatlandırdıqda bunun qarşılığında pul qazanırlar. Ödəniş aşkar edilmiş qüsurun böyüklüyündən asılı olaraq dəyişir, bu miqdar 500$ ilə 100.000$ rarasında ola bilər.

Gray Hats( Boz kepkalılar)

Gray Hat Hakerlər, Black Hat və White Hat hakerlərin arasındadır.  “Boz kepkalı” hakerlar digər iki növə tam aid ediləbilməyən, yəni həm illeqal həm də leqal fəaliyyətlərlə məşğul olan şəxslərdir. Bu cür hakerlər, niyətləri gərəyi pis niyətli deyildirlər. Çox vaxt boz kepkalı hakerlər sahibinin icazəsi və ya məlumatı olmadan bir sistemdə zəifliklər axtarırlar . Ancaq, haker sistemə hücum etməyə çalışmazdan əvvəl sahibindən icazə almadığı təqdirdə bu cür bir hücum illeqal qəbul edilir. Bəzəndə onlar zəifliyi tapan və hökumətə, xüsusi xidmət orqanlarına və ya bəzən hərbi xidmətə açıqlayan hakerlərdir. Hökumət bu məlumatı bir agentlik və ya cinayətkar qrupu hack-ləmək üçün istifadə edir. Onlar hökumət və ya öz marağları üçün faydalı ola biləcək səhv və çatışmazlıqları tapan şəxslər və ya tədqiqatçılar ola bilərlər.

Bu yazını sosial şəbəkəniz də dostlarınızla paylaşa bilərsiniz!

Oxşar Məqəlalər