ANSI( American National Standards Institute) nədir?

ANSI – Amerika Birləşmiş Ştatlarında standartların işlənib hazırlanmasi ilə məşğul olan işgüzar dairələrin nümayəndələrindən ibarət qurum; ABŞ-i Beynəlxalq Standartlaşdırma Təşkilatında ( INTERNATIONAL ORGANIZATION FOR STANDARDIZATION , ISO ) təmsil edir .

19 oktyabr 1918 – ci il tarixində yaradılıb . Baş idarəsi Vaşinqton şəhərində yerləşir. Demək olar ki, bütün sonaye sahələrinə aid rəsmi ANSI standartları mövcuddur və onların əksəriyyəti kompüterlərlə bağlıdır. Mikrokompüterlər sahəsində ANSİ üç istiqamətə cavabdehdir : proqramlaşdırma dilləri , scsi interfeysi və ANSI.SYS drayveri. Proqramlaşdırmada ANSI daha çox aşağıdakılardan birinə aid olur :

1. FORTRAN, COBOL, C , yaxud başqa proqramlaşdırma dillərinin ANSI standart versiyaları. Adəti üzrə, dilin ayrıca istehsalçı versiyası ANSI standartında müəyyən olunmuş bütün özəlliklərə , eləcə də istehsalçının özünün əlavə planlaşdırdığı özəlliklərə malik olmalıdır . Bir kompüterdən başqasına asanca keçirilə bilməsi üçün program ANSI standartında olmayan hər hansı xüsusiyyatdən istifadə etməməlidir. Sonradan proqramci, sadəcə, proqramı fərqli kompilyatorlarda kompilyasiya etməklə həmin programın müxtəlif tipli kompüterlərdə işləyə bilən versiyasını yarada bilər.

2. Kompüter terminalını , yaxud mikrokompüterin ekranını idarə etmək üçün ANSI standart escape – ardıcıllıqları. Simvolların kodlarından ibarət escapeardıcıllıqlar ekrana göndərildikdə ekran, sadəcə , kodları uyğun gələn simvollari əks etdirmir, nəsə yerinə yetirir. ANSI escape – ardıcıllıqlarının hamısı Escape simvolu ilə ( kodu 27 ) başlayır.

3. Microsoft Windows əməliyyat sistemində istifadə olunan ANSI genişləndirilmiş simvollar yığını. Ora bütün ASCII simvolları və çoxlu başqa simvollar daxildir .

Microsoft Windows əməliyyat sistemin də hər hansı ANSI simvolunu yazmaq üçün klaviaturada Alt klavişini basıb saxlamalı və simvolun 0-la başlayan kodunu yığmaq lazımdır . Məsələn , é yazmaq üçün Alt klavişini basıb saxlamaqla 0233 yığmaq gərəkdir. Bu simvolları mətnə yerləşdirmək üçün Character Map utilitindən istifadə etməklə lazım olan simvolu seçmək , onu yazı lövhəsinə ( CLIPBOARD ) köçürmək ( COPY ) və sonda mətndə istənilən yerə yapışdırmaq ( PASTE ) olar . Veb ünvanı www.ansi.org.

Bu yazını sosial şəbəkəniz də dostlarınızla paylaşa bilərsiniz!

Oxşar Texniki Terminlər