Android və IOS : Hansı daha yaxşıdır?

Bu yaxın zamanda bitməyəcək bir döyüşdür. Hərkəsin bidiyi kimi, Android və iOS mobil cihazlar üçün olan dünyanın ən məşhur 2 əməliyyat sistemidir (Smartphone, Tablets, Smartwatches və s.). Onların populyarlığının əsas səbəbi app marketlərdəki tətbiqləri və tətbiqlərinin istifadə ediləbilirliyidir. Bu tətbiqlər getdikcə gündəlik vəzifələr üçün daha yenilikçi və faydalı olur.

Tətbiqlər daha da yeniləndikcə, istifadəçilərində ehtiyacları artır. Bütün böyük İT şirkətləri və startuplar, rəqiblərindən daha yaxşı xidmət göstərmək üçün tətbiqlərə daha çox diqqət yetirirlər. Buda, mobil tətbiqetmə developer-lərinə böyük təlabat yaradır.

Bəs bu 2 platforma arasından developer-lər üçün hansı daha yaxşıdır?

İstər bir proqramist olun istərsə də bizneslə məşğul olan biri olun bu suala cavab almalısınız. Xüsusilə də yeni bir mobil tətbiqetməniz olduqda bu olduqca vacibdir.

Bu məqalə də, Android ilə IOS arasında hansının daha yaxşı olduğunu müəyyən  edəcəyik.

  1. İstifadəçilərin sayı

Rəqəmlər yalan demir. Bazar payı baxımından, Android-in qalib olduğu şübhə doğurmur. 2018-ci ilin statistikalarına görə, Android 88% qlobal bazar payına sahibdir. Digər tərəfdən, iOS 11,9% -ə sahidir.

Ancaq yalnız rəqəmlərin üzərində dayanmamalısınız. Demoqrafiyaya  daha dərindən nəzər yetirməlisiniz. Məsələn, Android istifadəçilərinin çoxu inkişaf etməkdə olan ölkələrdən və ya aşağı gəlirli bölgələrdən gəlir.

  • Orta gəlir

Aydındır ki, sərfəli olacaq bir mobil proqramlar qurmaq istəyirsiniz. Android və iOS arasında hansı daha çox gəlir gətirəcək? Ümumiyyətlə, Android’in daha böyük bazar payına sahib olduğundan daha çox qazanc əldə edəcəyini güman edəcəksiniz. Bu fərziyyə səhvdir.

Son rəqəmlərə əsasən, əldə edilən gəlir baxımından iOS Android’i qabaqlayır. Gəlir məsələsinə gəldikdə, auditoriyanın xüsusiyyətlərinə əsaslanaraq qərar verməlisiniz. Bunun səbəbi rəqəmlərin asanlıqla istənilən tərəfə əyilə bilməsi ilə əlaqədardır.

Deyək ki, gəlir tətbiq yüklənmələrinin sayından asılı olacaq. Bu vəziyyətdə, Android platforması daha üstündür. Bunun səbəbi, daha çox yükləmənin daha çox istifadəçi dolayısıyla daha çox gəlir əldə etməsi deməkdir.

  • İnkişaf mürəkkəbliyi

Android və iOS-u müqayisə etməyə gəldikdə, inkişafın müxtəlif tərəflərinə baxmalıyıq. Sürət əsas xüsusiyyətlərdən biridir. Bir Android tətbiqetməsi hazırlamaq bir iOS tətbiqetməsi hazırlamaqdan daha uzun müddətə başa gəlir. Bunun səbəbi fragmentation-di (parçalanma).

Android fragmentation bütün Android cihazlarında düzgün işləyəcək bir tətbiq qurmaqla məşğuldur. Çox sayda Android cihazının olduğunu nəzərə aldıqda, tətbiqetmənin inkişafı prosesi daha yavaş və daha mürəkkəb ola bilər. Bir developer olaraq, ekran ölçüləri və hətta Android-in fərqli versiyaları da daxil olmaqla bütün amilləri nəzərə almalısınız.

Digər tərəfdən, iOS-da  məhdud sayda cihaz var. Bunlar iOS, iPad və iPod-dur. Bu o deməkdir ki, proqramistlərin bir tətbiqin müxtəlif fraqmentlərini yaratmaq vəzifəsi yoxdur.

  • İnkişaf dəyəri (qiyməti)

Android və iOS hansını hazırlamaq daha bahadır? Məsələ dəyərə gəldikdə, burda aydın bir cavab yoxdur. Bu müxtəlif səbəblərə görədir.

Çox sayda Android istifadəçisinə baxdığımızda sabit bir tətbiq əldə etmək üçün daha çox xərcləməli olacaqsınız. İnkişaf müddətini nəzərə aldığımızda, tətbiqi hazırlamaq nə qədər uzun müddət davam etsə, dəyəri o qədər yüksək olacaq.

Bu bir iOS inkişafını hazırlamağın daha ucuz olduğu mənasınamı gəlir? Xeyr. Bir iOS tətbiqini hazırlamaq üçün sizin yalnız Mac-da işləyə bilən bir Xcode-a ehdiyacınız olacaqdır. İnkişaf dəyəri baxımından ikisi arasında çox kiçik bir fərq var.

  • Nəşriyyat

İnkişaf müddətindən sonra son addım tətbiqi istifadəçilər tərəfindən yüklənəcəyi yerdən yayımlamaqdır. Google Play Store-da bir tətbiqin yayılması qaydaları o qədər də ciddi deyil. Yalnız 25$ ödəməli və qısa bir təsdiqləmə prosesini gözləməlisiniz. Əgər bu yetərli deyilsə, tətbiqinizi Apple App Store-da saxlamaq üçün illik 100$ ödəməlisiniz.

Bir iOS tətbiqini yayımlamaq bir az səbir tələb edir. Son təsdiqlənmədən əvvəl ciddi bir prosesdən keçməli olacaqsınız. Rədd edilmə şansı yüksəkdir.

Nəticə olaraq

Beləliklə, Android inkişafı və iOS inkişafı arasından hansı daha yaxşıdır? Gördüyünüz kimi, hər bir platformanın özünün müsbət və mənfi cəhətləri var. Mobil tətbiqetmənin inkişafı üçün düzgün platformaya qərar vermədən əvvəl ehtiyaclarınızı, maliyyə imkanlarınızı və hədəf auditoriyanı nəzərə almalısınız.

Bu yazını sosial şəbəkəniz də dostlarınızla paylaşa bilərsiniz!

Oxşar Məqəlalər