Android tətbiqinin inkişafı üçün ən yaxşı proqramlaşdırma dilləri

Android App İnkişafı üçün ən yaxşı proqram dilləri

Android-in mobil qurğular üçün ən populyar əməliyyat sistemi olduğunu inkar edə bilmərik. Bu yaxınlarda, Google aylıq 2 milyarddan çox aktiv Android istifadəçisi olduğunu açıqladı. Bu Android tətbiqlərinə tələbatın çox olduğunu mənasına gəlir. Sahibkarlar Android smartfonlarına sahib olan müştəriləri ilə əlaqə qurmağın yollarını axtarır və bunun da yollarından biri tətbiqetmələrlə bağlıdır. Bu proqramçılar üçün yaxşı xəbər kimi görünə bilər.

Bir Android tərtibatçısı (inkişaf etdiricisi) olmağı planlaşdırırsınısa, bacarıqlarınızın bu sahədə çox istifadə ediləcəyinə əmin ola bilərsiniz. Özünüzə verə biləcəyiniz ən boyük suallar bunlardır: Android tətbiqlərini inkişaf etdirmək üçün hansı proqram dillərindən istifadə etməliyəm? Android proqramlaşdırması üçün hansı vasitələr lazımdır? Bu sualların cavabları bu məqalədədir. Android tətbiqetməsinin inkişafı üçün ən yaxşı 3 proqramlaşdırma dilləri və lazım olan vasitələr.

Android App İnkişafı üçün ən yaxşı proqram dilləri

  1. JAVA

Android OS Java-a əsaslanır. Bu, avtomatik olaraq Java proqramını Android tətbiqetməsinin inkişafı üçün ən populyar proqramlaşdırma dili halına gətirir. Əksər proqramçıların Android proqramı üçün Java-nı seçməsinin bir neçə səbəbi var. Java-nın əsasını öyrənmək asandır, buna görə də Android proqramlaşdırmasını öyrənmək istəyənlərin diqqətini çəkir.

Android tətbiqetməsinin inkişafı üçün bir dil olaraq da olsa, Java hələ də obyekt yönümlü bir dildir.Bu API-ni dəstəkləyə və bir çox platformalarda problemsiz bir şəkildə işləyə bilər. Android tətbiq inkişafı üçün Java proqramlaşdırma dilindən istifadə etmək üçün ya Android Studio ya da Eclipse IDE seçməlisiniz.

Android Studio JetBrains’ IntelliJ IDEA proqramı üzərində qurulmuş və xüsusi olaraq Android inkişafı üçün hazırlanmış bir vasitədir. Eclipse ilk dəfə Android inkişafı üçün IDE idi və hələ də bir çox tərtibatçı (inkişaf etdirici) tərəfindən istifadə olunur. Birdən çox proqramlaşdırma dili və bir çox məqsədlər üçün istifadə olunduğuna görə xüsusilə android tətbiqetmələrini inkişaf etdirmək üçün nəzərdə tutulmamışdır.

  • Kotlin

2017-ci ildə Google Kotlin-in Android üçün rəsmi bir proqramlaşdırma dili olacağını elan etdi. Hər şeydən əvvəl, Kotlin Java-nın zəif cəhətlərini aradan qaldırır. Bunu bir çox fərqli şəkildə görmək olar. Məsələn, Kotlin boilerplate kod istifadə ediyi üçün olduqca qısadır. Kotlin, səhvlərdən məhrum olduğu üçün Java-dan daha təhlükəsizdir. Bu Kotlin-də Null Pointer kimi ümumi səhvlərlə qarşılaşmayacaqsınız mənasına gəlir. Təhlükəsizlik xüsusiyyəti Kotlin kodlarının asanlıqla oxunması ilə artdırılmışdır. Kimsə asanlıqla kodu keçib bir səhv aşkarlaya bilər.

  • Java Vs Kotlin

Əslində, Java əla bir proqramlaşdırma dilidir, lakin xüsusi olaraq Android inkişafı üçün nəzərdə tutulmayıb. Java, sistem proqramı, müəssisə tətbiqləri və digər platforma tətbiqləri daxil olmaqla hər hansı bir proqramı inkişaf etdirmək üçün istifadə edilə bilər. Sizi çox platformalı bir tərtibatçı (inkişaf etdirici) halına gətirəcək bir dili öyrənmək üçün vaxt sərf etməyə hazırsınızsa Java mütləq qazanar.

Digər tərəfdən, sadə bir sintaksis ilə android tətbiqetmələrini inkişaf etdirmək üçün xüsusi olaraq Jetbrain (Android Studio-un geliştiricisi) tərəfindən hazırlanmış bir dil olan Kotlin dili var. Sadəliyi və oxunaqlılığı sayəsində Kotlin məhsuldarlığı artıra bilər. Səhvləri düzəltməyə çox vaxt sərf etmədiyiniz üçün daha az vaxtda daha çox iş görə bilərsiniz.

  • Javascript (with HTML5 + CSS3)

Bu bir sürpriz kimi görünə bilər, amma inanın və ya inanmayın, HTML5, Javascript və CSS3 istifadə edərək Android tətbiqetmələrini inkişaf etdirə bilərsiniz. Bu, Android tərtibatçısı olmaq istəyən veb tərtibatçıları üçün əla seçimdir. Javascript tərəfindən hazırlanmış Android tətbiqləri portativ (daşına bilən) və ölçüləndir. iOS və Windows daxil olmaqla hər hansı bir OS ilə uyğun gəlir. Ümumiyyətlə tətbiqlər yüngüldür və xüsusiyyətləri məhduddur.

HTML5 və Javascript istifadə edərək bir Android tətbiqetməsini hazırlamazdan əvvəl uyğun bir çərçivə seçməlisiniz. Çərçivələr xüsusi əməliyyat sistemləri üçün istifadə edilməsi nəzərdə tutulan kodlardan ibarətdir. Bu çərçivələrin bəzilərinə Apache Cordova, PhoneGap və React Native daxildir.

Apache Cordova daha çox Node.js işləmə vaxtında işləyən bir əmr xətti interfeysidir. Android tətbiqetməsinin inkişafı üçün Cordova istifadə etməyə görə əmr xətti interfeysində yaxşı bilməlisiniz. PhoneGap Adobe Inc tərəfindən hibrid çox platformalı proqramlar hazırlamaq üçün hazırlanmış bir vasitədir və Cordova’nın mühərrikində işləyir. Ancaq bir anda yalnız bir layihənin pulsuz inkişafı ilə məşğul olur. Daha çox layihə üçün pullu bir proqramı seçməlisiniz. PhoneGap əsasən Adobe tərəfindən verilən bəzi qrafik tətbiqetmə seçimləri olan Cordova’dır. React native, ReactJS javascript çərçivəsini istifadə edərək hibrid tətbiqləri inkişaf etdirmək üçün Facebook tərəfindən hazırlanmış bir çərçivədir.

Əgər siz MEAN stack tərtibatçısınızsa (inkişaf etdiricisisinizsə), AngularJS, VueJS və ya ReactJS kimi Javascript çərçivələrindən istifadə edərək Android tətbiqetmələrini yaratmaq çox asandır.

Nəticə

Əgər bir Android tərtibatçısı olmağı planlaşdırırsınızsa, bu üç proqramlaşdırma dilindən hər hansı biri sizə yaxşı xidmət edəcəkdir. Java daha inkişaf etmiş və hardcore proqramçıları üçün bir seçimdir, kotlin isə yalnız Android tərtibatçısı olmaq istəyən yeni başlayanlar üçün bir seçim olmalıdır. Üçüncü seçim isə veb inkişafı üçün HTML, Javascript və CSS-in universal tətbiq edilməsinə görə bir bonusdur.

Bu yazını sosial şəbəkəniz də dostlarınızla paylaşa bilərsiniz!

Oxşar Məqəlalər