ALPLogo – kiçik və orta sinif şagirdlərinin öyrənməsi üçün nəzərdə tutulmuş proqramlaşdırma mühiti. Logo dilinin əsasında hazırlanıb və Azərbaycan, rus, ingilis dillərini dəstəkləyir. Azərbaycanın ümumtəhsil məktəblərinin 5-7-ci siniflərində tədris olunur. İlk versiyası 2012-ci ildə “Bakı” nəşriyyatında “İnformatika ” qrupu tərəfindən işlənib hazirlanıb (proqramçı: Cəmşid Naxçivanski).