Ajax nədir?

Texnologiya ilə məşğul olan birisinizsə, sonunda AJAX termini ilə rastlaşmış olacaqsınız . AJAX bu gün ən çox istifadə olunan texnologiyalardan biridir.

Bu yazıda AJAX -ın nə olduğu və necə işlədiyi haqqında məlumatları sizinlə bölüşəcik.

Ajax nədir?

Asynchronous JavaScript and XML (Bizim dildə: Asinxron JavaScript və XML) mənasını verən Ajax, bir çox proqramlaşdırma dili ilə uyğun işləyən bir texnologiyadır. Necə oxunmalı olduğuna dair ümumi bir razılaşma olmasa da, çox vaxt yazıldığı kimi ajaks olaraq oxunur, ingilis dilində ey-ceks kimi tələffüz olunur. Bəs Ajax nədir? Məqsəd; İstifadəçinin bütün səhifəni yenidən yükləməsinə ehtiyac olmadan dinamik olaraq yalnız lazımi məlumatları ekrana çıxarmaq və ya məlumatları serverə göndərməkdir. Məsələn, əlaqə formu doldurulduqda, sadəcə məlumat göndərməklə nəticəni həmin hissədə çap etmək üçün istifadə edilə bilər.


Standart bir form göndərmə, yeni bir HTTP sorğusu(request) (POST və ya GET) göndərir və yeni səhifəni brauzerə yükləyir. Ajax-da məlumatlar səhifəyə təsir etmədən arxa planda serverə (POST və ya GET) göndərilir və cavab(response) daha sonra səhifəni yeniləmdən arxa planda javascript vasitəsilə qəbul edilir. Nəticədə, AJAX istifadə edən hər hansı bir veb tətbiqi bütün səhifəni yeniləməyə ehtiyac olmadan məlumat göndərəqəbul edə bilər.

AJAX-da "A" hərfi Asinxron mənasına gəlir, kompüter proqramlarında proseslər digər proseslərdən asılı olmayaraq işləyirsə buna asinxron deyilir.

AJAX-da "J" hərfi JavaScript mənasına gəlir. JavaScript xüsusi olaraq dinamik veb məzmun yaratmaq, əlavə etmək və idarə etmək üçün istifadə olunur.

AJAX-dakı "X", XML üçün nəzərdə tutulsa da, məlumat mübadiləsi üçün XML-dan istifadə etmək məcburi deyil. Bunun əvəzinə JSON və ya jQuery istifadə edilə bilər.

Ajax demək olar ki, bütün veb layihələrdə istifadə edilir. Asanlıqla deyə bilərik ki, AJAX yaxşı bir istifadəçi təcrübəsi təmin etmək və veb saytı daha sürətli etmək üçün ən yaxşı variantlardan biridir. Veb saytınızda Google xəritələri, söhbət otaqları, canlı bildirişlər, canlı yayım kimi proqramlar varsa, AJAX sizə yüksək səviyyəli xidmət göstərəcək.Yalnız istənən hissənin yüklənməsi sürət baxımından bir üstünlük olsa da, kodlar istifadəçi kompüteri tərəfindən şərh edildiyindən yavaş kompüterlər problem yaşayır. Ajaxdan istifadə etmək üçün əsas veb proqramları ilə yanaşı javascript haqqında da yaxşı bilik tələb olunur.

Ajax kodunun əsas quruluşu və istifadəsi


$.ajax({ //ajax kodunun başlanğıcı

type: "POST", // göndərmə növü GET və ya POST ola bilər.

url : "save.php", //məlumatların saxlanacağı səhifənin linki

data : ad, // göndəriləcək məlumatlar

success : function (nəticə) {// success parametri səhifədən qaytarılmış nəticəyə uyğun hərəkət etməyə imkan verir.

if(nəticə=="uğurlu"){

alert ("Ad əlavə edildi");

}

else{

alert("Ad əlavə etmək alınmadı");

}

}

});

Nəticə olaraq

AJAX effektiv veb proqramların hazırlanması üçün çox vacib texnologiyadır. Xüsusiyyətləri tətbiqinizdən istifadə edəcək istifadəçilərinizə yaxşı təcrübələr təqdim etmək üçün faydalıdır. Ziyarətçinin səhifə təcrübəsi nə qədər yaxşı olarsa, geri qayıtma ehtimalı bir o qədər yüksəkdir.