Access nədir?

Access – relyasiyalı verilənlər bazasının idarəolunması sistemi ( VBIS ) . Microsoft şirkəti tərəfindən hazırlanıb və MS Office paketinə daxildir. Əlaqəli sorğular , xarici cədvəllərlə və verilənlər bazaları ilə əlaqə kimi geniş imkanlara malikdir . Özünün daxili VBA ( Visual Basic for Applications ) dilinin sayəsində Access’də verilənlər bazaları ilə işləyən tətbiqi proqramlar yazmaq mümkündür. MS Access fayl – server tipli VBIS – dir və buna görə də yalnız kiçikhəcmli məsələlərin həllində tətbiq olunur . Çoxistifadəçili verilənlər bazası üçün zəruri olan bir sıra mexanizmlərə ( məsələn , triggerlərə ) malik deyil .

İlk Access 1.1 versiyası 1992 – ci ildə çıxıb . Access 2.0 for Windows , Access 7 for Windows 95 , Access 97 , Access 2000 , Access 2002 , Access 2003 , Microsoft Office Access 2007 , Microsoft Office Access 2010, Microsoft Office Access 2013, Microsoft Office Access 2016, Microsoft Office Access 2019 versiyaları mövcuddur.