‘404 Not Found’ nədir?

‘404 not found’ və ya ‘HTTP error 404’ xətası, intenet mühitində rast gəlinə biləcək ən çox yayılmış problemlərdən biridir. Bu səhvin mənası tələb olunan faylın internet serverində olmamasıdır. İstifadəçi serverə qoşulsa da, istənilən nəticəni ala bilmir. Bir veb səhifəyə baxmaq istədiyinizdə, ‘404 – File or directory not found’ və ya birbaşa qalın şriftlə yazılmış ‘Not Found’ yazısını görürsünüzsə, ‘HTTP error 404’ səhvi ilə qarşı-qarşıyasınız.